Qərbin sanksiya siyahısı necə üzə çıxdı?

"Azərbaycan saatı" proqramının 11 yanvarda efirə gedən buraxılışında ABŞ və Avropa Birliyinin 31 Azərbaycan məmuruna sanksiya tətbiq etməsi haqda xəbəri ciddi ictimai müzakirələrə yol açıb. Veriliş efirə gedəndən dərhal sonra müxtəlif mətbuat orqanları bu məlumatı əsas xəbərə çevirib.  Xəbər, gün ərzində sosial şəbəkələrdə də ən çox müzakirə olunan, paylaşılan mövzu olub.  Sanksiya tətbiq edilən Azərbaycan məmurlarının adlarının daxil edildiyi siyahı, gözlənildiyi kimi böyük ictimai rezonans yaradıb. Təbii ki, insanları bu siyahının mənbəyi və ya sanksiya xəbərinin etibarlılığı maraqlandırmaya bilməz. Yüzlərlə insanın elektron ünvanımıza yazıdığı məktublar, əməkdaşlarımıza edilən müraciətlər daha açıq izahat verməyimizi zəruri edir.
 
Məsələn, baş prokurorun birinci müavini Rüstəm Usubov niyə bu siyahıdadır?
 
 
Sanksiya tətbiq edilən Azərbaycan məmurlarının adlarının daxil edildiyi siyahısı, gözlənildiyi kimi böyük ictimai rezonans yaradıb. Adamlar bu siyahının mənbəyi və ya sanksiya xəbərinin etibarlılığı ilə maraqlanırlar.
 
Buna görə də daha açıq izahat verməyi borc bilirik.
 
Birincisi, bu siyahı Azərbaycan Saatına kifayət qədər mötəbər mənbədən daxil olub.
 
Siyahının məzmunu ilə bağlı Azərbaycan hakimiyyətinə xəbərdarlıq edilib və bu siyahı Azərbaycan Saatı proqramında elan edilməzdən xeyli müddət əvvəl hökumətin bu siyahıdan xəbəri vardı. Sadəcə olaraq, hökumət özü ilə bağlı bu xoşagəlməz xəbəri, əlbəttə, ictimailəşdirə bilməzdi.
 
Siyahıda adları çəkilən ayrı-ayrı dövlət məmurları ilə bağlı Qərb dövlətlərinə və AB-yə giriş yasağı, faktiki olaraq, qoyulmuşdu. Siyahını tərtib edənlər mövcud durumu nəzərə alıblar.
 
Məsələn, baş prokurorun birinci müavini Rüstəm Usubovun şengen sazişi dövlətlərinin və Birləşmiş Ştatların ərazisinə daxil olmasına yasaq qoyulub. Bir daha diqqətlə dinləsəniz, görəcəksiniz ki, Azərbaycan Saatının son proqramında (11 yanvar 2015-ci il) siyahının təqdimat hissəində məhz, belə də deyilir ki, Rüstəm Usubovun Almaniyaya səfəri ilə bağlı problemlər vardı. Məsələ burasındadır ki, baş prokurorun birinci müavini olan Rüstəm Usubov Almaniyaya viza ala bilmədiyinə və oraya buraxılmadığına görə Almaniyadan həkim gətizdirib. Həkimin xərclərindən yayınmaq, yəni, doktor pulu verməmək üçün də gətirdikləri həkimi, guya, Leyla Yunus üçün gətirdiklərini bildiriblər. Əslində isə onu özləri üçün gətizdiriblər. Bu biabırçı fakt Almaniyaya və başqa ölkələrin diplomatik çevrələrinə də bəlli olub.
 
Rüstəm Usubova sanksiya tətbiq edilməsinin əsas səbəbi bütün saxta ittiham sənədlərinin altında onun imzasının olmasıdır.
 
Azərbaycan Saatı proqramında da elan edildiyi kimi, bu, ilk siyahıdır və ilk mərhələdir. Buna baxmayaraq, bir daha təkrar edirik ki, Rüsətm Usubov və siyahıya daxil olan bir çox başqaları, onsuz da viza qadağası altında idilər. İndiki mərhəldə, insan haqlarının pozulması faktlarına görə ən çox məsuliyyət daşıyan bu adamların adı ilkin siyahıya daxil edilib. Bu cür hallarda, bir qayda olaraq, olduğu kimi, ilkin siyahı ilkin addım sayılır və olduqca sürətlə genişlənir. Həm siyahı genişlənir, həm də tətbiq edilən sanksiya müstəviləri. Məsələn, eyni mənbədən bizə verilən bilgiyə görə, bu siyahıya ən yaxın zamanlarda prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adının daxil edilməsi gözlənilir. Oradan elə bu şəkildə də bildiriblər: “Qoy, o, gedib Soçidə istirahət eləsin”.nazirler
 
Növbəti mərhələdə isə Azərbacanda avtoritarizmi dəstəkləyən təşkilatların və ya avtoratirazmi qidalandıran qurumların adlarının sanksiyalar siyahısına daxil edilməsi gəlir. Buna da hazır olsunlar.azadliq.infor /

Google+ WhatsApp ok.ru