Mingəçevirdə 89 yaşlı qadını avtomobil vuraraq öldürüb 21 Aprel 2015 01:00 Hadisə Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin “Dostluq” parkının qarşısında qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Qarayev Elvin Canpolad oğlu idarə etdiyi 90-BR-825 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını ilə yolu keçən piyadanı, şəhərin Heydər Əliyev prospektindəki ev 36, mənzil 30-da yaşayan 1926-cı il təvəllüdlü Cəlilova Səidə Bəhərçin qızını vurub. 89 yaşlı qadın aldığı xəsarətlər səbəbindən Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Teqlər : #Mingəçevirdə 89 yaşlı qadını avtomobil vuraraq öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 78 yaşlı kişi intihara cəhd edib Xətaidə maskalılar qadının əl-qolunu bağlayıb cinayət törətdilər