Mingəçevirdə məcburi köçkünlər aksiya keçirib

Mingəçevirdə məcburi köçkünlər aksiya keçirib

Mingəçevirdə «Sağ sahil» adlanan yarımçıq mehmanxanada məskunlaşan qaçqın və köçkün ailələri İcra Hakimiyyətinin qarşısında aksiya keçirib
Maide.Az bildirir ki, onlar “Qafqazinfo”ya bildiriblər ki, aksiya keçirmələrinə əsas səbəb yaşadıqları binanın qəzalı vəziyyətdə olmasıdır: “50 ailə artıq 22 ildən çoxdur ki, qəzalı vəziyyətdə olan mehmanxanada yaşayır. Bizə deyilmişdi ki, Avropa Oyunları bitəndən sonra sizə ev veriləcək, ərazidə qaçqınlar üçün qəsəbə salınır. Qəsəbədəki evləri pul alıb şəraiti bizdən yaxşı olan şəxslərə payladılar. Biz də yenə bu qəzalı vəziyyətdə olan mehmanxanada qaldıq. Dəfələrlə aksiya keçirsək də, bizim dərdimizlə maraqlanan olmayıb. Elə hey eyni sözü deyirlər ki, narahat olmayın hər şey qaydasına düşəcək”.
 
 
Sakinlər onu da qeyd edib ki, yarımçıq mehmanxanada artıq yaşayış mümkün deyil. Uşaqlar xəstə doğulur, nəmişlikdən müxtəlif xəstəliklərə tutulurlar.

Google+ WhatsApp ok.ru