Çörək niyə qablaşdırılmadan satılır? - VİDEO 08 Oktyabr 2016 01:00 Ölkə Vətəndaşlar çörəyin qablaşdırılmadan satılmasından narahatdırlar. Onların sözlərinə görə, istehsal tarixi məlum olmayan belə çörəklərin çəkisi də az olur. Qablaşdırılan çörəyin üzərində istehsal tarixi və çəkisi olduğu halda açıq satılan çörəklərdə bu məlumatları əldə etmək olmur. İnsanlar onun yumşaqlığına və çəkisinə gözəyarı baxaraq qərar verirlər. Satıcıların sözlərinə görə, tələbat daha çox qablaşdırılan çörəklərədir. Hətta çörəyin açıq şəkildə satılmasına görə iradlarını onlara bildirənlər də var. Məsələyə münasibət bildirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı çörəyin çəkisinin standartda sərbəst buraxıldığını deyir. Belə kı, çörək standartında çəki və qablaşdırma məsələsi sahibkarların öz ixtiyarına verilib. Gigiyenik hesab olunduğundan qablaşdırılan çörək daha çox satılır. Fazil Talıblı deyır ki, qablaşdırılan çörəklərin üzərində çəkisi və istehsal tarixi mütləq olmalıdır. Çünki burada söhbər artıq, çörək standartından yox, məhsulun qablaşdırılma standartından gedir. Teqlər : #Çörək niyə qablaşdırılmadan satılır? VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mingəçevirdə məcburi köçkünlər aksiya keçirib Azərbaycan məscidlərində “Skype” vasitəsilə moizələr dinləniləcək