Minlərlə amerikalı Çarlston şəhərində aksiya keçirib

Minlərlə amerikalı Cənubi Karolina Ştatında qaradərililərin getdiyi kilsədə irqçilik zəminində törədilən cinayətə qurban gedənlərin ailələrinin kədərini bölüşüb.
 
Maide.az Fransa xəbər agentliyinə istinadən məlumat verir ki, minlərlə amerikalı bazar günü Çarlston şəhəri və ətraf məntəqələr, xüsusilə də Kuper çayının kənarında bir araya gələrək, kilsədə baş vermiş cinayətə qurban gedənlərin xatirəsini yad edib, hadisə qurbanlarının ailələrinin kədərini bölüşüblər. 
 
Bu məlumata görə, bu amerikalıların çoxu ağdərililər olub. Əllərində üzərinə irqçilik əleyhinə şüarlar yazılmış plakatlar daşımaq və şam yandırmaqla baş vermiş hadisədən təəssüfləndiklərini bildiriblər. 
 
Yüzlərlə nəfər də cümə və şənbə günləri bir neçə siyasi qrup o cümlədən Amerika Qaradərililərinin Milli Hərəkatının dəvəti ilə Çarlston kilsəsində qətlə yetirilən 9 nəfərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib, Amerikada gedən vətəndaş müharibəsi zamanı öldürülən qaradərililərə həsr olunmuş muzeyə baxış keçirib. 
 
Ötən çərşənbə günü ABŞ-ın Cənubi Karolina Ştatında, Çarlston şəhərində qaradərililərin getdiyi kilsədə irqçilik zəminində törədilən cinayət hadisəsində 9 nəfər həyatını itirib. Hadisə ağdərili bir gənc tərəfindən törədilib.

Google+ WhatsApp ok.ru