Minlərlə azərbaycanlı Gürcüstanın qarlı yollarında qalıb

Gürcüstan-Rusiya və Gürcüstan-Azərbaycn sərhədinə doğru gedən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
 
Maide.az  “Sputnik Qruziya”ya istinadən bildirir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil yolları departamentindən bildiriblər ki, bu, əlverişsiz hava şəraiti ilə bağlıdır.
 
Aramsız yağan qar, çovğun və yolların buz bağlaması səbəbindən Azərbaycan sərhədinə doğru gedən yolda xüsusi rejim tətbiq olunub. Tiflis-Bakurtsixe-Laqodexi yolunun 20-160-cı kilometrində isə qoşqulu maşınların və yer tutumu 30 nəfərdən çox olan avtobusların hərəkətinə qadağa qoyulub.
 
Qeyd edək ki, hazırda yeni il tətilinə çıxmış Gürcüstanın yollarında minlərlə azərbaycanlı var və tətbiq olunan bu məhdudiyyət və qadağalar onların vətənə dönmələrinə əlavə problemlər yarada bilər./
 

Google+ WhatsApp ok.ru