Mirvari Qəhrəmanlı: “ARDNŞ-da 2012-ci ildən aparılan struktur islahatları iflasa uğrayıb”

Bir müddətir ki, ölkə KİV-ləri “Azəriqaz” İB-də açılan 3500-dən artıq iş yerləri ilə bağlı məlumatlar dərc edir. Amma bu günlərdə verilən məlumata görə, ötən il Azəriqaz İB-dən 2500 işçi ixtisar edilib. Bu gün isə 3500 işçi qəbulu ilə bağlı elan verilib. Ekspertlər sadəcə bunu PR xarakterli bir kampaniya kimi qəbul edirlər.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, “Azəriqaz” İB-nin apardığı struktur islahatları demək olar ki, tamamilə iflasa uğradı: “Struktur islahatları vaxtı çoxlu sayda insan işsiz qaldı. Rəqəmləri deməyəcəyəm, çünki, mənim fikrimcə bu rəqəm qeyd edildiyi kimi 2500 deyil, daha çoxdur. Məlum olduğu kimi, qaz istismar sahələri ləğv olundu, müxtəlif regional qaz istismar sahələri yaradıldı. Olduqca keyfiyyətsiz struktur islahatları baş verdi. Bu struktur dəyişiklikləri həm əhalinin durumunu çətinləşdirdi.
 
Əhali konkret problemlərdən ötrü hansı sturkturlara zəng edəcəklərini bilmirlər. Eyni zamanda əhalinin də qapılarını müxtəlif şəxslər döyür. Ümumiyyətlə bu istiqamətdə çox böyük bir xaos və işsizlik ordusu yarandı. Nəinki “Azəriqaz” İB-də hətta ARDNŞ-da 2012-ci ildən aparılan struktur islahatları iflasa uğrayıb. Yəni ədalətlilik prinsipi tam pozulub. ARDNŞ-da təbii ki, struktur islahatlarına ehtiyac var. Amma bu cür aparılan sturuktur islahatları heç bir müsbət nəticə vəd etmir. Bir tərəfdən çoxlu sayda işçi ixtisar edirlər və çalışırlar ki, bununla bağlı məlumat verilməsin. Digər tərəfdən də yeni işçilər qəbul edirlər və bunu açılan iş yerləri kimi təqdim edirlər./
 

Google+ WhatsApp ok.ru