Sürücülərin nəzərinə - Bu yolda sürət həddi endirildi 07 Mart 2016 02:00 Xəbərlər Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında yerləşən sürət portalında Koroğlu metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib. Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. apa / Teqlər : #Sürücülərin nəzərinə Bu yolda sürət həddi endirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmişlidə kənd sakinləri etiraz edirlər Mirvari Qəhrəmanlı: “ARDNŞ-da 2012-ci ildən aparılan struktur islahatları iflasa uğrayıb”