Misirdə 8 nazir istefaya göndərildi

Misir Nazirlər Kabinetindən 8 nazir istefaya göndərilib. İstefaya göndərilən nazirlər arasında Misirin daxili işlər naziri Məhəmməd İbrahimində adı var.
Maide.az Əl-Cəzirəyə istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əl-Sisi 8 naziri istefaya göndərib. Bu haqda Misir prezidentinin dəftərxanasının bəyanatında qeyd edilir.
İstefaya göndərilən daxili işlər naziri Məhəmməd İbrahimin yerinə  Məcdi Əbdulğəffar təyin edilib.
Ölkənin turizm naziri Xəşam Zaazua da vəzifəsini itirib. 
Yerdəyişmələr həmçinin kənd təsərrüfatı və meliorasiya, mədəniyyət, təhsil və tərbiyə, rabitə və digər nazirliklərdə də baş verib.
Misir prezidenti həmçinin iki yeni nazirlik yaradıb, onlardan biri əhali ilə iş üzrə, digəri isə texniki təhsillə bağlı nazirliklərdir./
 
 
 

Google+ WhatsApp ok.ru