Misirdə etiraz aksiyası, tutulanlar var

Misirdə etiraz aksiyası, tutulanlar var

Misir polisi ölkənin müxtəlif bölgələrində genişmiqyaslı etiraz aksiyası zamanı onlarla insanı həbs edib. 
 
Maide.Az xəbər verir ki, ölkədə bahalaşma və qiymətlərin artımına etiraz edən aksiya iştirakçılardan ən az 130 nəfəri ölkənin müxtəlif bölgələrində həbs edib. Onlardan 39 nəfəri Qahirədə saxlanılıb. 
 
Bildirilir ki, Misirdə fəaliyyəti qadağan olunmuş  Müsəlman Qardaşları qrup üzvləri insanları cümə günü ölkədə bahalaşmaya etiraz etmək üçün genişmiqyaslı aksiyalara səsləmişdi. 
 
Misir Daxili İşlər Nazirliyi elan edib ki, Müsəlman Qardaşlarının bəzi üzvləri ölkədə cümə günü baş verən mitinqlər zamanı gərginlik yaratmaq istəyirdilər ki, həbs olunublar. 
 

Google+ WhatsApp ok.ru