Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb

Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb

İki avtomobildə olan yaraqlılar qibti-xristianları daşıyan avtobusu atəşə tutub
 
Misirin cənubunda avtobusa hücum nəticəsində 23 nəfər ölüb, daha 25 nəfər isə yaralanıb.
 
Bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Moqahed məlumat verib.
 
Onun sözlərinə görə, ölkənin cənubundakı Əl-Minya əyalətində iki avtomobildə olan yaraqlılar qibti-xristianları daşıyan avtobusu atəşə tutub.
 
Hücum Müqəddəs Samuil monastırının yaxınlığında, xristianlar Beni-Sueyfdən monastıra gedən zaman baş verib. (report) /

Google+ WhatsApp ok.ru