Misirdə partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Misirdə partlayış nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Misirin şimalında Buheyra əyalətinin İtay əl-Barud bölgəsindən kemən boru xəttində partlayış olub.  

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, partlayış nəticəsində baş verən güclü yanğın 6 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub.  

Misirin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Google+ WhatsApp ok.ru