Misirdə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Misirdə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Misirin Milli Seçki Komissiyası (MSK) ölkə parlamentinin aşağı palatasına üç turdan ibarət keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
 
Maide.Az "azertac"a istinadla xəbər veirr ki, proporsional və majoritar sistemlə keçirilən seçkilərdə siyasi partiyalardan 344 namizəd parlamentdə təmsil olunmaq hüququ qazanıb. Onların əksəriyyəti – 284 nəfəri seçkilərdə qalib gəlmiş Müstəqbəl Vətən Partiyasının rəhbərlik etdiyi seçki koalisiyasının üzvüdür. Ümumilikdə isə, 568 deputat yeri olan parlamentə seçkilər yekunlaşıb və Misir Konstitusiyasına görə, onlardan 28-i ölkə Prezidenti tərəfindən təyin edilib. Seçkilərdə Minya vilayətindən olan bir namizədin mübahisəli nəticəsinə isə ölkənin Ali Məhkəməsində baxılacaq.
 
Qeyd edək ki, bu il Misirin müasir tarixində ilk dəfə olaraq parlamentin yuxarı palatası – Senata da seçkilər keçirilib və artıq senatorlar fəaliyyətə başlayıblar.
 

Google+ WhatsApp ok.ru