Misir hökuməti güncləndirilmiş rejimə keçdi

Maide.az xəbər verir ki, Misir hökuməti bu ölkənin sabiq prezidenti Məhəmməd Mursiya edam qərarının verilməsi ardınca öz təhlükəsizlik qurumlarını hazır vəziyyətə gətirib. 
 
Məlumata görə, Misir daxili işlər naziri Məcdi Əbdülqəffar göstəriş verib ki, önəmli dövlət obyektlərinin ətrafında, meydanlar və əsas prospektlərdə qüvvələrin sayı artırılsın. 
 
Misirin Cinayət Məhkəməsi çərşənbə axşamı günü "həbsxanaya hücum" cinayət işi ilə bağlı Məhəmməd Mursi və Müsəlman Qardaşları rəhbərlərindən bir qrupunun edam olunmasına qərar verib.

Google+ WhatsApp ok.ru