Misirin sabiq prezidenti Hüsni Mübarəkə bəraət verildi

Misirin sabiq prezidenti Hüsni Mübarəkə bəraət verildi

Misirin Kassasiya məhkəməsi sabiq prezident Hüsni Mübarəkə bəraət verib. FaktXəbər-in TASS-a istinadla məlumatına görə, bu barədə  Misir Dövlət Televiziyası xəbər verib. 
 
Ali Məhkəmə orqanı 2011—ci il  yanvar inqilabında nümayişçilərin öldürülməsi ilə barədə ittihamların  hamısını götğürüb. Bu qərar qətidir  və bir daha şikayət oluna bilməz.
 
Beləliklə, Mübarəklə əlaqədar  bütün cinayət təqibləri başa çatıb. Ölkənin Kassasiya Məhkəməsi  Hüsni Mübarəkə qarşı təkrar  dinləmələr uzunmüddətli fasilədən sonra yenidən bərpa olunmuşdu. Sabiq dövlət başçısının vəkili Fərid əd-Dib öz müdafiəsini digər müttəhimlərin, o cümlədən  sabiq DİN rəhbəri Həbib əl-Ədlin və sabiq rejimin 6 yüksək çinli  məmurlarının işə bir daha baxılmama şərti ilə bəraət verilməsi üzərində qurub.
 
«Əsrin məhkəməsi» adını almış və başlanğıcda  ictimaiyyətin bütün diqqətini özündə toplamış bu proses, illərdən sonra  misirlilər üçün öz aktuallığını itirib. İşlə əlaqədar artıq iki dəfə hökm oxunub. 2012-ci ildə Mübarək aşağı instansiyalı məhkəmədə  ömürlük həbsə məhkum edilmişdi. Sonradan hökumətin başına keçmiş və hazırda həmin vaxt hakimiyyətdə olan «Müsəlman qardaşlar»ın işi ilə əlaqədar cinayət işində təqsirləndirilən  Məhəmməd Mursi, məhkəmənin qərarını ləğv edərək, işə bir daha baxılması barədə fərman vermişdi. Mübarəkin vəkillərinin şikayətini qəbul edən Kassasiya Məhkəməsi də bu nəticəyə gəlmişdi. 2013-cü ildə  prosesə yenidən baxıldı, yarım ildən sonra isə  Mübarəkin üzərindən bütün ittihamların götürülməsi ilə nəticələndi. Məhkəmə onlara bəraət verdi. Baş Prokuror  Cinayət Məhkəməsinin qərarı ilə əlaqədaraperyasiya şikayəti verdi.
 
2015-ci ilin noyabr ayında  məhkəmə işə təkrar baxış keçirdi.
 
Qeyd edək ki, Qahirə Cəza Məhkəməsi Hüsni Mübarəkin iki oğlu, keçmiş daxili işlər naziri və 6 müavininin 25 Yanvar 2011-ci ildə Misir inqilabı əsnasında etirazçıları öldürməklə günahlandırdığı halda, 29 Noyabr 2014-cü ildə bəraətinə hökm vermişdi.
 

Google+ WhatsApp ok.ru