Misir kəşfiyyatının İsraillə əməkdaşlığını yazan qəzet yığışdırıldı

Misirdə ötən il həyata keçirilən hərbi çevrilişin mətbuat və ifadə azadlığı üzərindəki təzyiqlərinə yenisi əlavə olundu.
 
Maide.az-ın məlumatına görə, ölkənin ən əhəmiyyətli müstəqil qəzetlərindən olan "Al Masry Al Youm" bugünlərdə bir nömrəsinin bütün tirajı satışdan yığışdırılıb. Misir kəşfiyyatının keçmiş rütbəlilərindən olan Rafaat Cəbrayılın İsrail rejimi ilə əməkdaşlıq etiraflarına manşetdə yer verən qəzetin çap edilmiş nüsxələri oxuculara çatmayıb.
 
Çevriliş müddətində və ondan sonra prezident Abdülfəttah əl Sisiyə dəstək verən qəzetə niyə senzura tətbiq olunduğu barədə məlumat verilmir. 

Google+ WhatsApp ok.ru