Misir prezidenti Moskvada səfərdədir

Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Misir prezidenti Abdel Fattah el-Sissini qəbul edib.
 
Son həftələrdə bir sıra Yaxın Şərq ölkələrinin liderləri Moskvada səfərdə olub. Rusiya Suriya münaqişəsi və İslam Dövləti qrupu ilə mübarizə də daxil olmaqla regionda böyük vasitəçilik rolu oynamağa can atır.
 
Kremlin məlumatına görə Putinlə Al Sissi əsasən Yaxın Şərq və Şimali Afrikadakı vəziyyəti müzakirə etməlidirlər.
 
KİV-lərin məlumatına görə, səfər çərçivəsində Misirdə ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı Rusiyanın dövlət atom şirkəti ilə müqavilə imzalanacağı da gözlənilir. /

Google+ WhatsApp ok.ru