Misir Qırmızı dənizdəki stratejik adaları Səudiyyə Ərəbistana bağışladı

Misir Qırmızı dənizdə olan stratejik Tiran və Sanafir adalarını Səudiyyə Ərəbistana bağışlayıb.
 
Maide.az xəbər verir ki, Misir hökuməti şənbə  axşam elan  edib ki, on illər ərzində Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə mövzusu olan Qırmızı dənizdəki Tiran və Sanafir adaları iki ölkə arasında sərhədlərin delimitasiyası haqqında müqaviləyə əsasən Səudiyyə Ərəbistanına verilib.
 
 Qeyd edək ki, bu adalar 1906-cı ildə  Osmanlı İmpratorluğu və Britaniya arasında əldə olunan  razılığa  əsasən Misirə aiddir,lakin Səudiyyə Ərəbistan həmin adaların ona məxsus olduğunu iddia edirdi.
 
Tiran adasının 80 kvadratkilometr ərazisi  var və Qırmızı dənizdə Tiran boğazında  yerləşir.  Sanafir  adası da  Tiran adasının şərqində yerləşir. Bu iki adalarıın stratejik  olması ona görədir ki,Tiran adası işğalçı İsrail rejiminin  Qırmızı dənizə çıxışı  və  ticari mübadiləsi üçün çox önəmli rol oynayır. 
 
Misir 1967-ci ildə Altı günlük müharibə dövründə  Tiran  boğazını bağlamışdı.
 
Misir hökuməti elan edib ki,Dəniz sərhədinin delimitasiyası haqqında danışıqlar 6 il davam edib, bu sahədə fəaliyət göstərən komissiyaların 11 görüşü keçirilib. Ancaq Misirin könüllü olaraq Qırmızı dənizdəki Akaba körfəzinin çıxışında, Şarm-əş-Şeyx şəhərin yaxınlığındakı strateji rayonda yerləşən  bu adalardan imtina etməsi artıq Misirdə narazılığa yol açıb.
Sərhədlərin delimitasiyası haqqında müqavilə Misir parlamentində təsdiqlənməlidir.
 
Bu  razılaşma  Misirda bir çox siyasi fəallar və  saiq parlament üzvlərinin etirazına səbəb olub. Onlar bu razılaşmanı  tənqid ediblər.  Onlar  Sisinin  qanunsuz hökumətini milli  sərvətləri qorumamaqdavə tarixi hüquqları pozmaqda  ittiham edir və  razılığı qanunsuz adlandırırlar./
 

Google+ WhatsApp ok.ru