Misir Təhlükəsizlik Qüvvələri və İxvanul-Müslimin tərəfdarları toqquşdular

 Misir Təhlükəsizlik Qüvvələri və İxvanul-Müslimin tərəfdarları toqquşdular. Qahirə şəhərində cümə namazı qılındıqdan bir neçə saat sonra təhlükəsizlik məmruları ilə Müsəlman Qardaşları tərəfdarları arasında güclü toqquşma baş verib.
 
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, toqquşma Qahirə aeroportuna gedən əl-Turli prospektində baş verib. 
 
Hadisədə təhlükəsizlik qüvvələri etirazçılara doğru gözyaşardıcı qazlardan istifadə ediblər. Müsəlman Qardaşları tərəfdarları isə məmurlara doğru "molotof kokteyli" atıblar.

Google+ WhatsApp ok.ru