Mitinqdəki partlayışda ölənlərin sayı 80 nəfərə çatıb -YENİLƏNİB

Mitinqdəki partlayışda ölənlərin sayı 80 nəfərə çatıb -YENİLƏNİB

19:21
Xəbər verdiyimiz kimi  Əfqanıstanın paytaxtında bu gün keçirilən mitinq zamanı partlayış baş verib. 
 
Maide.Az xəbər verir ki,  Əfqanıstan polisinin bildirdiyinə görə, iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.  231 insan isə yaralanıb. Əfqanıstan hökuməti sabahı matəm günü elan edib.
 
***
Əfqanıstanın paytaxtı Kabil şəhərinin Dehmazanq rayonunda Həzarə şiələrinin keçirdiyi mitinqdə iki partlayış baş verib. 
 
Maide.Az xəbər verir ki, hadisə nəticəsində 61 nəfər ölüb, 207 nəfər yaralanıb. Yaralılar yerli xəstəxanalar yerləşdiriliblər və onların çoxusunun vəziyyəti ağır olduğundan, ölənlərin sayının artması mümkündür.
 
Qeyd olunur ki, partlayış insanların elektrik xəttlərinin tikintisi layihəsinə qarşı etiraz etmək üçün küçələrə çıxdığı zaman baş verib.
 
Partlayışı İŞİD terror qruplaşması öz üzərinə götürüb. /
 

Google+ WhatsApp ok.ru