Mitsubishi: 1991-ci ildən bəri aldatmışıq

Yaponiyanın avtomobil istehsalçısı Mitsubishi, ötən həftələrdə ortaya çıxan yanacaq qalmaqalına dair yeni bəyanatlar verib.
 
"Marja" xəbər verir ki, şirkətin rəhbərləri yanacaq məsələsində rəsmiləri 1991-ci ildən bu yana aldatdıqlarını etiraf ediblər.
 
Şirkətin avtomobillərində aparılan araşdırmalar da, modellərin yanacaq sərfiyyatına dair 1991-ci ildən bu yana yanlış məlumatların olduğunu ortaya çıxardıb.
 
Daha əvvəlki bəyanatlarda, hiləyə məruz qalmış avtomobillərin sayının 600 min olaraq açıqlanmışdı.
 
Mitsubishi-nin direktoru Tetsuro Aikawa jurnalistlərə verdiyi açıqlamada, şirkətə qarşı araşdırmanın davam etdiyini deyib və qanunlara zidd başqa cinayətlərin də ortaya çıxma ehtimalı olduğunu deyib.
 
Aikawa, işçilərin nə üçün belə bir hiyləyə əl atdığı barədə də məlumatı olmadığını ifadə edib.
 

Google+ WhatsApp ok.ru