Türkiyədə Quran-Kərimin 100 illik nüsxəsi hərracda satıldı

Osmanlı imperiyasının son əsrlərinə aid olan və 100 illik tarixə malik Quran-Kərimin qədim və nadir əlyazma nüsxəsi Türkiyənin İstambul şəhərində ümumi hərraca çıxarıldı və satıldı.
 
Maide.Az  İqna-ya istinadən məlumat verir ki,  Osmanlı imperiyasının son əsrlərinə aid olan və 100 illik tarixə malik Quran-Kərimin qədim və nadir əlyazma nüsxəsi Türkiyənin İstambul şəhərində Taqsim bölgəsində hotellərindən birində keçirilən İncəsənət sərgisi çərçivəsində ümumi hərraca çıxarıldı və 226 min Türk lirəsinə (80 min dollar) satıldı.
 
Bu 100 illik tarixə malik nadir tapıntı sayılan əlyazma Quran nüsxəsi Osmanlı dövrünün süls xətti ilən yazan məşur xəttatı Həsən Səbri Əfəndi tərəfindən yazılmış və xalis 24 əyarlıq qızıl suyu ilə təzyin və zinət edilmişdi.
 
Bundan əlavə həmin sərgidə süls xətti ilə yazılmış digər bir dua tablosu 40 min türk lirəsinə (14 min dollar) satıldı.
 
Bu tablo Osmanlı imperiyasının süqutundan sonrakı dövrdə və indiki Türkiyənin ilk illərində yaşamış məşhur xəttat Əhməd Kamil Əkdik tərəfindən yazılıb.
 
İstambul incəsənət sərgisində Osmanlı dövrünə aid yüzlərlə incəsənət, rəssamlıq, xəttatlıq, hüsnxətt nümunələri və musiqi alətləri sərgiyə qoyulub.

 

Google+ WhatsApp ok.ru