MMDİB Netanyahunun səfərinə etiraz olaraq bəyanat yaydı

MMDİB Netanyahunun səfərinə etiraz olaraq bəyanat yaydı

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi İsrailin baş nazirinin Azərbaycana səfərinə etiraz edib
 
Birlikdən daxil olan məlumata görə, bəyanatda deyilir:
 
"Vətənimiz Azərbaycan, Fələstin kimi işğaldan əziyyət çəkən ölkədir. Azərbaycan xalqı,  faşist ermənilərin  Xocalı soyqırımı ilə üzləşdiyi kimi, Fələstin də  “Sabra və Şatilla” qətliamı kimi İsrail tərəfindən onlarla terror hücumuna məruz qalmışdır. Təkcə Qəzza savaşlarında rəsmi statistikaya əsasən İsrail 500 fələstinli uşağı qətlə yetirib. İslam Dünyası İsraili işğalçı tanıdığı halda bu rejiminin baş nazirinin Azərbaycana səfəri sanki Azərbaycanı İslam Dünyasından ayırmaq və öz gizli maraqlarına cəlb etmək məqsədi daşıyır. İstər İsrail rejimin parlament sədrinin, istərsə də Mossad Kəşfiyyat İdarəsinin rəisinin açıqlamalarından da göründüyü kimi, İsrail bölgədə yeni münaqişə ardınca olub, sanki Suriya və İraqda olan müttəfiqləri - "Nusra Cəbhəsi" və İŞİD-dan nəzərləri uzaqlaşdırmaq və bölgəmizdə yeni münaqişələr zamanı özünə tərəfdaş axtarışındadır. Azərbaycan tərəfi ölkə ərazisindən üçüncü - İsrail rejimi kimi tərəflərə digər ölkələrə qarşı addıma və təxribatlara yol verməyəcəklərini dəfələrlə bildirsədə, İsrail tərəfi müxtəlif yollarla planladıqları münaqişələrə Azərbaycanı cəlb etmək arzusundan əl çəkməmişlər. MMDİB üzvləri olaraq İsrail rejiminin baş nazirinin ölkəmizə səfərini xalqımıza və ölkəmizə qarşı tərxibat kimi qəbul edir, həmçinin Azərbaycan vətəndaşları və müsəlman olduğumuz üçün  vətənimizi İslam Aləmindən təcrid etmək məqsədilə edilən bu səfərə etirazımızı bildiririk. 
 
Milli-Mənəvi Dəyərlər İctimai Birliyi (islamazeri.az)

 

Google+ WhatsApp ok.ru