Çində 19 nəfər İslam dinini qəbul edib - FOTO

Çində 19 nəfər İslam dinini qəbul edib - FOTO

Çində “Çanq Pinq” məscidində 19 nəfərin İslam dinini qəbul etməsi münasibəti ilə mərasim keçirilib. 
 
Maide.Az xəbər verir ki, Çanq Pinq məscidində artıq 11-ci dəfədir ki, belə mərasim təşkil olunur. Mərasimdə dini elmi təhsil alan tələbələr, bölgə müsəlmanları və digər məscidlərdən nümayəndələr iştirak edib. 
 
İslam dinini qəbul etmək istəyən 19 nəfər 1 ay boyunca dinin əsasları və əqidə əsaslarını kurslarda öyrənib və bu gün isə İslam dinini qəbul ediblər. 
 
İslam dinini qəbul edən şəxslərə dini qəbul etdiklərinə dair şəhadətnamə, Quran və digər hədiyyələr təqdim olunub. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru