Mobil telefonlar haqqında maraqlı məlumatlar

Mobil telefonlar müasir insanların həyatına o qədər dərin kök salıb ki, hətta insanlar özlərini mobil telefonsuz təsəvvür edə bilmirlər. Başqa sözlə desək, mobil telefonlar insan həyatı üçün zərurətə çevrilib. Bu yazımızda sizləri bu cür qurğular haqqında maraqlı məlumatlarla tanış edəcəyik. Gün ərzində heç fikirləşirsinizmi, neçə insana zəng vurmusunuz? Yaxud neçə nəfər sizə zəng edib? Bəs görəsən mobil telefonla ilk zəng edən insan kim olub? Bu adam Motorola şirkətinin əməkdaşı olub. Məhz elə bu şirkət dünyada ilk mobil telefon istehsalçısı olub. Şirkət əməkdaşının adı isə Martin Kuper idi. Hadisə 1983-cü ildə baş verib. Bu hadisədə kiçicik yumor payı da mövcuddur. Belə ki, Martin rəqib şirkətin sahiblərinə zəng vuraraq, bildirb ki, Nyu York küçələri ilə yeriyərkən onlarla söhbət edir. Bu isə o zaman üçün həqiqətən də ağlasığmaz olduğu üçün rəqibləri olduqca əsəbləşdirib.

 

 

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- İlk smartfonlar 1993-cü ildə meydana gəlib. Belə ki, indiki qurğularla nisbətdə onları smartfon adlandırmağa adamın dili gəlmir. 1993-cü ilin smratfonlarında ünvan kitabçası, təqvim və poçt qutusunu yoxlamaq imkanı kimi primitiv finksiyalardan başqa bir xüsusiyyətləri yox idi. Lakin böyük ekrana malik idi. Əlbəttə o zaman insanlar bu primitiv cihaza 899 ABŞ dolları verirdilər.

 

- Əlbəttə sizin də başınıza gəlib ki, mobil telefonunuz cibinizdə olarkən istəmədən kiməsə zəng gedib. Zəng olunun adam dəstəyi qaldırsa da xışıltıdan savayı bir səs eşidə bilmirdi. İndi bu cür hadisələr çox az baş verir. Beləki, müasir smartfonların düymələri yoxdur. Həmin vaxtlar isə telefon klaviaturasının sadə bloklama sistemi belə yox idi. Hətta elə olurdu ki, insanlar istəmədən polis idarələrinə zəng gedirdi. Statistikaya görə, 911 xidmətinə edilən zənglərin 70 faizi təsadüfi olurdu. Polis əməkdaşları təsadüfi zənglərə alışmışdılar və belə zənglərə fikir vermirdilər.

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- Bəs görəsən o zamanlar ən çox satılan telefonlar hansılar idi? Xeyr bu Apple deyildi. Həmin dövrdə Apple haqqında heç düşüncələr belə yox idi. Bu telefon markası Nokia 1100 idi. Bu qurğular ilk dəfə 2003-cü ildə satışa çıxarılıb. Bu markalı telefonu təxminən 250 milyon insan əldə edib. Onun qiyməti o qədər də baha deyildi, həmçinin yığcam və zamanına görə, çoxfunksiyalı cihaz idi.

 

- İlk dəfə insanlar iki kartlı telefon ilə Samsung Duos vasitəsilə tanış olublar. İş adamları bundan çox məmnun idilər. Belə ki, artıq bir neçə telefon gəzdirməyə ehtiyac yox idi.

 

- Hazırda SMS yazmaq üçün 160 işarəli məhdudiyyət yoxdur. Lakin əvvəllər bu çox insanlara işində mane olurdu. Bəs niyə məhz 160 işarə. Bu ki, çox insanlara kifayət etmirdi. SMS yaradıcısı Fridhelm Hilbrand hesab edilir. O, SMS-lərə işarə məhdudiyyətinin sayının neçə olması barədə çox düşünür və sonralar belə bir qənaətə gəlir ki, kiməsə bir mesaj göndərmək üçün 160 işarə, yəni, iki sətir kifayət edər. 1986-cı ildə Fridhelmin bu qərarı ilə bütün məşhur operatorlar razılaşırlar və 160 işarəlik məhdudiyyət rəsmi qüvvəyə minir. Bayaq da qeyd etdiyimiz kimi, bu isə bir çox telefon istifadəşilərinə mane olurdu.

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- Mobil rabitə xüsusi quraşdırımış qurğularsız mümkün deyil. Belə qurğular indi demək olar hər yerdə quraşdırılıb. Razılaşın ki, onları görmək elə də asan deyil. Çox zaman bu qurğular ağaclarda gizlədilir.

 

- Mobil cihazların meydana gəlməsinin xeyirli tərəfi olduğu kimi, ziyanları da mövcuddur. Mobil telefonlar yaranan kimi, yeni xəstəliklər də meydana gəldi. “Telefonofobiya” adlı bir xəstəlik var. Bu xəsəliyə düçar olanlar zəngə cavab verməkdən və ya zəng vurmaqdan qorxurlar. “Ringxiety” xəstəliyi olanlar isə telefon zəngi eşitdikdə, haradan gəldiyindən asılı olmayaraq məhz ona zəngin gəldiyini düşünür. “Nomofobiya”-ya tutlanlar dalğa tutmayan yerə düşməkdən qorxmaq və yaxud, lap pis, mobil telefonsuz qalma qorxusu keçirirlər. “Frigensefobiya” xəstəliyinə tutulanlar isə mobil telefonlardan müxtəlif xəstəliklər tutmaqdan qorxanlardır.

 

- Rəngli ekranlı telefonlar müasir zamanımızda adi bir məsələdir. Lakin 1997-ci ildə Siemens S10 markalı mobil cihaz meydana gələndə insanlar bu cihazı əldə etmək üçün olduqca böyük məbləğlər verməyə hazır idilər.

 

- Fotokamera quraşdırılmış ilk mobil cihaz 2003-cü ildə işıq üzü gördü. Bu cihaz Samsung V200 müasir ölçülərə görə, kamerası olduqca keyfiyyətsiz çəkilişlər etsə də, o zamanlar istifadəçilər böyük şövqlə şəkillər çəkib bundan zövq alırdılar.

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- Siz heç düşünmüsünüzmü ki, Yer üzündə eyni zamanda neçə mobil telefon işləyir? Bəlkə də, yox. Lakin mütəxəsislər hesablayıblar ki, eyni zamanda yer üzündə 3,5 milyard mobil cihaz işləyir. Belə bir nəticəyə gəlmək olar ki, insanlar bir deyil, bir neçə mobil cihaz işlədirlər.

 

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- Əgər siz Tuvin adalarına mobil telefon vasitəsilə zəng vurmaq istəsəniz, bu sizdə alınmayacaq. Çünki bu ölkənin insanları mobil rabitənin nə olduğunu bilmirlər. Mobil telefonlar bir yana qalsın, bu ölkənin insanları televizorun və ya poçtun nə olduğunu belə bilmirlər. Şimali Koreyada isə mobil cihazlar yaxın vaxtlarda peyda olub. Buna qədər bu ölkədə mobil telefon işlətmək qanunla qadağan edilmişdi.

Mobil telefonlar haqqında maraqlı məlumatlar

 

- 1984-cü ildə möbil telefonların qiyməti 4000 dollardan yuxarı idi. Bununla bağlı olaraq, əgər kimdəsə mobil telefona rast gəlsəydilər, o zaman həmin şəxsin varlı olduğunu düşünürdülər. Və onlar düşüncələrində yanılmırdılar. Bir vaxtlar mobil telefonu ancaq varlı adamlar əldə edə bilirdilər.Deyerler.org/

Google+ WhatsApp ok.ru