Monopoliya islahatlar tanımır

Monopoliya islahatlar tanımır

Musavat.com-da "İqtisadiyyatın önünü kəsən "əjdaha": monopoliya" sərlövhəli məqalə oxumaq olar.
 
İqtisadçı-ekspert Rəşad Həsənov qəzetə deyib ki, hakimiyyətdə təmsil olunan bəzi oliqarxlar islahatlardan o qədər də məmnun deyil: "2014-cü ilə qədər Azərbaycanda hökumətin iqtisadi proseslərə yanaşması fərqli idi. 2014-cü ildən sonra situasiya tam dəyişdi. Faktiki olaraq, böyük neft gəlirlərindən məhrum olan hökumət digər istiqamətlərdə müəyyən addımların atılması, iqtisadiyyatın şaxələndirilməsi kimi proseslərin zərurətə çevrildiyini qəbul etmək məcburiyyətində qaldı. Mən hesab edirəm ki, bu gün belə, oliqarxlar, hakimiyyətdə təmsil olunan müəyyən qruplar liberal iqtisadi mühitdən, hazırkı situasiyada həyata keçirilən islahat proseslərindən məmnun deyirlər".
 
Ekspert hesab edir ki, devalvasiyalar ən sərt şəkildə ölkənin iqtisadi zəifliyini üzə çıxarıb: "Manat tamamilə neftdən asılı olan bir valyutadır. Əgər Azərbaycanda neft hasilatı azalırsa, bu, ölkəyə daxil olan valyutanın həcmində kəskin azalmaya, son nəticədə isə tədiyyə bazarında defisitə gətirib çıxarır. Hökumət artıq qəbul edir ki, manatın məzənnəsini qorumaq üçün alternativ yollardan biri də qeyri-neft məhsulların ixracının təmin edilməsidir".
 
R.Həsənov deyib ki, şaxələnmədən söhbət gedirsə, bundan ötrü liberal iqtisadi mühitin formalaşması vacibdir. Liberal iqtisadi mühit formalaşmayınca və inhisarçılıq meylləri neytrallaşdırılmayınca, Azərbaycanda heç bir islahat nəticə verə bilməz: "Azərbaycan iqtisadiyyatının monopoliyadan ən qısa müddətdə xilas edilməsi istiqamətində çox ciddi plan hazırlanmalıdır". /

Google+ WhatsApp ok.ru