Moskvada azərbaycanlı kürü “bandası” tutuldu

Onlar sağlamalıq üçün təhlükəli kürü satıblar.
 
Moskvada insan həyatı üçün təhlükəli olan balıq kürüsü satan azərbaycanlılar tutulub. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya paytaxtında kürü dəstəsinin işi araşdırlır.
 
İstintaqın məlumatına görə, 2015-ci ilin mart ayından dekabra kimi üç Azərbaycan və bir Rusiya vətəndaşı qara kürünün satışı ilə məşğul olub. Bu kürü təhlükəsizlik tələblərinə cavab verməyib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, dəstə üzvləri arasında ciddi rol bölgüsü olub ki, bu da satış prosesinə ciddi nəzarət etməyə imkan verib – çatdırılma, saxlanma və son mərhələ olan satışa kimi.
 
Ötən ilin dekabr ayında polisin əməliyyatı nəticəsində 10 kq nərə kürüsü ələ keçirilib.
 
Qnaunsuz və təhlükəli satışa görə, üç nəfərə cinayət işi açılıb. Nərə kürüsü satanları 6 ilə qədər həbs cəzası gözləyir.
 
İndi polis bu işdə iştirakı olan başqa şəxslərin də axtarışına baxşlayıb. Açılan cinayət işi ilə bağlı araşdırmalar da davam edir.
 
Ötən ilin noyabr ayında Azərbaycandan Rusiyaya qara kürü keçirmək istəyən həmyerlimiz saxlanılmışdı. Kürünü Dağıstan gömrüyünün Məhərəmkənd gömrük postunda idarə əməkdaşları aşkar ediblər. Kürünü Azərbaycandan Rusiyaya keçirmək istəyən həmyerlimizin şəxsi əl yükünə baxış zamanı onun çantasından qanunsuz yolla aparmaq istədiyi 6.4 kiloqram çay və ya dəniz balıqlarından götürülmüş qara kürü aşkar edilib.
Aşkar edilən qara kürü Azərbaycan vətəndaşından müsadirə edilib və ekspertizaya göndərilib.
 
Qeyd edək ki, 1993-1998-ci illərdə Azərbaycanda kürü ixracıkvotası 8 tondan çox olduğu halda, 2000-ci ildən sonra 1200 kq-ı keçməyib.

Google+ WhatsApp ok.ru