Moskvada gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40-a yaxın gənc saxlanılıb 21 Aprel 2015 01:00 Dünya Rusiya paytaxtında Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gecə polisə paytaxtın cənub-şərqində yerləşən gecə klublarının birində bir qrup gənc tərəfindən Adolf Hitlerin doğum gününün qeyd olunması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis 40 yaxın şəxsi saxlayıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb. "Vətəndaşlar tərəfindən daxil olan məlumat əsasında Moskvanın cənub-şərqində yerləşən gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40 nəfərə yaxın şəxs saxlanılıb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah,10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib"-deyə Moskva şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda o da qeyd edilib ki, saxlanılan şəxslərin paytaxt ərazisində baş verən cinayətlərdə əlinin olub-olmaması araşdırılır. Teqlər : #Moskvada gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40a yaxın gənc saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniyanın Liviya səfirliyi qarşısında partlayış olub MAQATE: İran Cenevrə razılaşmasına sadiqdir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO