Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb 21 Sentyabr 2017 01:00 Dünya Rusiya paytaxtında mühafizəçinin Tacikistan vətəndaşını döydüyünə görə "Moskva" Ticarət Mərkəzinin yaxınlığında baş vermiş insidentdən sonra 250 nəfər saxlanılıb. Bu barədə MDB Miqrantlar Federasiyasının prezidenti Karomat Şaripov deyib. Onun sözlərinə görə, saxlanılanlar arasında zərərçəkmiş Tacikistan vətəndaşının qohumları da var. Xatırladaq ki, dünən "Moskva" Ticarət Mərkəzinin yaxınlığında özəl mühafizə şirkətinin əməkdaşları ilə Tacikistandan olan miqrantlar arasında kütləvi dava baş verib. Davada 150 nəfərədək insan iştirak edib. İnsidentin yaranmasına şirkətin mühafizəçisinin Tacikistan vətəndaşını döyməsi səbəb olub. Döyülən kişinin yerləşdirildiyi xəstəxananın ətrafında gecə saatlarında təhlükəsizlik tədbirləri gücləndirilib. (report) / Teqlər : #Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub,#250 nəfər saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xanım Zeynəbin (s.ə) hərəmindəki bayraq, əza bayrağı ilə əvəzlənib - VİDEO Rusiyada neft gəlirləri əhaliyə paylanacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO