Moskvada müsəlmanlar üçün yeni mərkəz açılır

Moskvada müsəlmanlar üçün yeni mərkəz açılır

Yaxın zamanlarda Rusiyanın paytaxtı Moskvanın cənub bölgəsində müsəlmanlar üçün böyük və çoxsahəli mərkəz açılacaq.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Mərkəzin ərazisi  2200 kvadratmetrdir. İslam, müsəlman hüququnun əsasları üzrə kurslar, ərəb və digər xarici dillər, tədris mərkəzində məktəblilər üçün hazırlıq kursları keçiriləcək. 
 
Bundan əlavə mərkəzdə trenajor zalları, kafe, xüsusi uşaq otağı, konfrans zalı, istirahət güşəsi və ixtisaslı tərbiyəçilər fəaliyyət göstərəcək.

Google+ WhatsApp ok.ru