Hicablı xanım Rioda Paralimpiya Oyunlarında ikinci qızıl medalını da qazandı - FOTO

Hicablı xanım Rioda Paralimpiya Oyunlarında ikinci qızıl medalını da qazandı - FOTO

Xəbər verdiyimiz kimi Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında iranlı atlet 31 yaşlı Sara Cavanmərdi, güllə atıcılığı üzrə İran yığmasına ilk qızıl medal qazanmışdı. 
 
Maide.Az  Presstv-yə istinadən xəbər verir ki,  sözügedən qadın İranın atıcılıq üzrə milli komandasından daha bir qızıl medal qazanıb.  
 
S.Cavanmərdi  birinci medalını qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş yarışlarında sentyabrın 9-da qazanmışdı.
 
O,ötən gün isə  qadınlar arasında 50 metrdən hava tapançası ilə atəş yarışlarında dünya rekordunu qırıb və ölkəsi üçün ikinci qızıl medalı qazandırıb. 
 

Google+ WhatsApp ok.ru