Moskvada mövlud bayramı münasibətilə bayram tədbiri keçirilib- (Foto)

Rusiyanın paytaxtı Moskvada “Əhli-Beyt” cəmiyyətinin təşəbbüsü ilə Məhəmməd peyğəmbər (s) və altıncı imam Cəfəri-Sadiqin (ə) mövludu münasibətilə bayram tədbiri keçirilib
Tədbir Rusiya paytaxtındakı “Korolevskiy” mədəniyyət zalında baş tutub.
 
Tədbirdə iştirak edən ilahiyyatçılar Məhəmməd peyğəmbərin (s) həyat yolundan, Onun əxlaqı və sünnətinin müsəlmanların birliyinə təsirlərindən danışıblar. Şairlər Peyğəmbərin (s) şəninə şeirlər deyib, məddahlar ilahilər oxuyublar.
 
Qeyd olunub ki, Mövlid ənənəsi günümüzə kimi davam edir. Peyğəmbərin doğum gününün ildönümündə dünyanın müxtəlif ölkələrində keçirilir. islamazeri /

 

Google+ WhatsApp ok.ru