Moskvada Qurani-Kərim festivalı keçiriləcək

Moskvada Qurani-Kərim festivalı keçiriləcək

Sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada yerləşən "Krokus Siti Holl"da Qurani-Kərim festivalı keçiriləcək.
 
Maide.Az "islam-today.ru" saytına istinadən xəbər verir ki,  Moskvada bir neçə gündür ki, XVII beynəlxalq Qurani-Kərim müsabiqəsi keçirilir.
 
Bu müsabiqənin bağlanış mərasimində Qurani-Kərim festivalı keçiriləcək.
 
Bu bayramda 30 ölkədən insanlar iştirak edəcək.
 
Festival çərçivəsində tanınmış Quran qariləri və  hafizlərinin iştiarkı ilə  müxtəlif  seminarlar təşkil olunacaq.  Quran müsabiqəsinin qaliblərindən 3 nəfərə festivalın sonunda  Ümrə həcc  ziyarəti səfəri üçün paket təqdim olunacaq. 
 

Google+ WhatsApp ok.ru