Moskvada üç vağzaldan 3 min nəfər təxliyə edilib

Moskvada üç vağzaldan 3 min nəfər təxliyə edilib

Kazanski, Yaroslavski və Leninqradski vağzalında partlayış törədiləcəyi ilə bağlı zəng daxil olub.
 
Moskvanın mərkəzində Kazanski, Yaroslavski və Leninqradski vağzallarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zəng qəbulundan sonra təqribən 3 min sərnişin və vağzal əməkdaşı təxliyə edilib.
 
"Report" xəbər verir ki, bu barədə paytaxtın təcili yardım xidmətlərindəki mənbəyinə istinadən RİA "Novosti" məlumat verib.
 
Mənbə Kazanski və Leninqradski vağzallarının hər birindən təxminən min, Yaroslavski vağzalından isə 750 nəfərin təxliyə olunduğunu bildirib. Onun sözlərinə görə, hadisə yerinə kinoloqların gələcəyi gözlənilir. /

Google+ WhatsApp ok.ru