Moskva hava limanında təyyarə alışıb: 13 nəfər ölüb (YENİLƏNİB) -VİDEO 05 May 2019 21:01 Xəbərlər Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb. Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil. *** Şermetyevo hava limanından Moskva-Murmansk istiqamətində uçan təyyarə təcili aerporta geri dönüş edib. Maide.Az “Qafqazinfo”a istinadla xəbər verir ki, təyyarənin göyərtəsində yanğın çıxıb. 78 nəfər sərnişin təxliyyə olunub. Azı 10 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə Rusiyanın İstintaq Komitəsinin əməkdaşları yollanıb. Təyyarənin yanmasının səbəbləri araşdırılır. Yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Daha əvvəl 10 nəfərin xəsarət aldığı deyilirdi. SSJ-100 təyyarəsinin yanma səbəbi kimi ilkin versiya olaraq layneri ildırım vurması irəli sürülür. Faktla bağlı artıq cinayət işi açılıb. Teqlər : #Moskva,#hava,#limanında,#təyyarə,#alışıb:,#nəfər,#ölüb,#(YENİLƏNİB),#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da ‘Boeing 737’ tipli sərnişin təyyarəsi çaya düşüb Beynəlxalq Quran sərgisi təşkil olunacaq