Moskva məscidləri velosiped dayanacaqları ilə təchiz ediləcək

Rusiyanın paytaxtı Moskvada yerləşən məscidlərin həyətlərində velosiped dayanacaqları hazırlanacaq.
 
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiya Müsəlmanların İşləri üzrə İdarəsindən bildiriblər ki, bu layihə yay fəslində həyata keçiriləcək.
 
"Biz müsəlmanların məscidləri ziyarət etmələrini maksimum komfortlu etmək istəyirik. Mümkündür ki, bu təşəbbüs bir çox müsəlmanları ekoloji və faydalı nəqliyyat növündən istifadə etməyə təşviq edəcək", - deyə sözügedən idarədən bildiriblər.
 
Qeyd edək ki, bundan əvvəl Rusiya müsəlmanları bununla bağlı idarəyə artıq müraciət etmişdilər. /

Google+ WhatsApp ok.ru