Moskva məktəblərində şagirdlər halal yeməklərlə qidalacaq

Moskva məktəblərində şagirdlər halal yeməklərlə qidalacaq

Moskva məktəblərində şagirdlərin halal yeməklərlə qidalanması təklif olunub. 
 
Maide.Az xəbər verir ki, Moskva şəhər Dumasında şagirdlərin halal və pulsuz yeməklərlə qidalanması məsələsi müzakirəyə çıxarılıb. Millət vəkilərinin təklifinə görə, bunu valideyn komitələri təşkil edə bilər.  
 
Nümayəndələr yekdilliklə halal yeməklərin verilməsi üçün güzəştlərin tətbiqi ideyasını dəstəkləyib.  
 
Moskvada 630 məktəbdə 870 min uşaq təhsil alır. Bu uşaqlara ildə 485 min pulsuz isti yemək paylanılır. Cari ildə bu məqsədlə paytaxt büdcəsindən 19,8 milyard rubl vəsait  ayrılıb. /

Google+ WhatsApp ok.ru