Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 10-a çatıb

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 10-a çatıb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
 
Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən kəskin azalıb, nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub. 

 

Google+ WhatsApp ok.ru