Moskva metrosunda `Quran`ı yandırdığına görə 12 neonasist mühakimə edilib 18 İyul 2016 01:00 Dünya Mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Moskva Şerbinski məhkəməsi paytaxt metrosunda "Qurani-Kərim" kitabını yandırdığına görə 12 neonasisti mühakimə edib. "Report" TASS-a istinadən xəbər verir ki, onlara 5 il şərti cəzadən 10 il həbsxana cəzasına qədər iş kəsilib. Bu barədə məhkəmənin mətbuat katibi Svetlana Bextina məlumat verib. Məhkəmənin hökmünə əsasən, ən böyük cəza millətçilərinin cinayətkar qruplaşmasının lideri, Tver vilayətinin sakini Aleksandr Sokolova verilib. Maraqlıdır ki, mühakimə olunanların əksəriyyəti yetkinlik yaşına çatmayanlardır. Onlara isə 4 il yarım və 5 il müddətinə islah müəssisələrində cəza çəkmə hökmü oxunub. // Teqlər : #Moskva metrosunda `Quran`ı yandırdığına görə 12 neonasist mühakimə edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lavrov: “Rusiya Konstitusiyaya zidd çevrilişlərin qəbuledilməzliyi barədə prinsipial mövqeyə malikdir” 17 yaşlı gənc Almaniyada qatarda 21 nəfəri baltalayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO