`Mosssad`ın 70 illik sui-qəsdləri üzə çıxdı

`Mosssad`ın 70 illik sui-qəsdləri üzə çıxdı

-- 2400 sui-qəsdin həyata keçirildiyi...

"Ye'diot Achronot İsrail" qəzeti "Mossad" agentlərinin sui-qəsd və cinayətləri ilə bağlı məlumatları dəec edib.
 
Maide.Az "İQNA"ya istinadən xəbər verir ki, qəzet Ronne Berqmanın məlumatları əsasında hazırlanıb.
 
O, "Qalx və öncə öldür" kitabında müxalifət nümayəndələri qarşı tətbiq edilən sui-qəsd üsullarından bəhs edib.
 
O qeyd edib ki, bir ay ərzində insanı öldürən diş pastası, partlayan mobil telefonlar, uzaqdan idarə edilən bomba, silahlı dronlar və sairləri bu üsullardan bir neçəsidir.
 
Berqman 70 il ərzində 2400 sui-qəsdin həyata keçirildiyini bildirir.
 
Onun bu kitabı sionist rejimin 70 il ərzindəki bütün fəaliyyətinin gizli məqamlarını üzə çıxarır. Həmçinin, 6 iranlı nüvə silahı mütəxəssisinin də sui-qəsdlə aradan götürüldüyü də bu kitabda qeyd edilib.
 
Bundan başqa, Yasir Ərafatın da öldürülməsi üçün zəhər istifadə edildiyi də iddia edilib.

Google+ WhatsApp ok.ru