Mosul su anbarı üçün yeni xəbərdarlıq: DAĞILSA FƏLAKƏT OLACAQ

İraqın ən böyük su anbarı olan Mosul bəndinin dağılma ehtimalı, son aylarda tez-tez xüsusən də ABŞ tərəfindən dilə gətirilir.
 
Bənd dağılarsa, hündürlüyü 14 metrə çatacaq su dalğasının Mosulu viran etdikdən sonra paytaxt Bağdadın böyük bir hissəsinin də sular altında qalmasına səbəb olacağı və 1,5 milyona qədər insanı təhlükəyə atacağı bildirilir.
 
Maide.az xəbər verir ki, ABŞ-ın Birləşmiş Millətlər Təşkilatlardakı nümayəndəsi Samantha Pover bütün üzv ölkələrin problemin miqyasını bilmələri və sürətlə hərəkətə keçməyə hazır olmalarının vacibliyini vurğulayıb.
 
Pover texniki mütəxəssislər, mühəndislər və BMT təşkilatlarından alınan məlumatların son dərəcə qorxunc olduğunu deyib.
 
Daim erroziyaya uğrayan bir ərazidə qurulmuş olan Mosul su anbarı 2014-ci ildə qısa müddət üçün IŞİD-in əlinə keçmişdi.
 
Bu dövrdə aparılması lazım olan baxım işlərinin axsaması onsuz da xətalı bir ərazidə yerləşən su anbarını daha təhlükəli hala gətirib.
 
İraqın ən böyük su anbarı olan Mosul su anbarı 12 milyard kubmetr su tutur.
Bəzi proqnozlara görə, bəndin dağılması vəziyyətində şəhər 4 saat ərzində 21 metr su altında qala bilər.
 
ABŞ Səfirliyinin hazırladığı hesabata görə, can itkisinin qarşısının alınması üçün Dəclə çayı boyunca 482 kilometrlik bir sahənin boşaldılması lazımdır.
 

Google+ WhatsApp ok.ru