Müsəlmanlar mühasirəyə düşüb

Mərkəzi Afrika Respublikasında Yaloke şəhərində yaşayan sonuncu 474 müsəlman mühasirəyə alınıb.
 
Maide.az xəbər verir ki, bu barədə BMT Ali Komissarının Qaçqınların İşləri üzrə idarədən bildirilib. Qrum dünya ictimaiyyətini tələyə düşmüş bir qrup müsəlmana yardım etməyə çağırıb. İdarə bildirib ki, paytaxt Bangidən şimalda yerləşən Yaloke şəhərində pöl xalqının 474 nümayəndəsi mühasirə vəziyyətindədir.
 
Xatırladaq ki, fevral ayından başlayaraq bu etnik qrupun müsəlmanları “antibalaka” xristian qruplaşmasının hücumlarına məruz qalıb. Çoxları sonradan ölkəni tərk etmək ümidi ilə Yalokeyə qaçıb, amma mühasirəyə düşüblər.
 
“Uşaqlar da, böyüklər də gücdən düşüblər. Onların üçdə birindən çoxu malyariya xəstəliyinə tutulub. Altı nəfərdə vərəm aşkar edilib. Aprel ayından başlayaraq 42 adam ölüb, qalanlar isə gündən-günə zəifləyir. Beynəlxalq qüvvələrin iştirakına baxmayaraq, “antibalaka” qrupları daim onları hədələyir, fiziki zorakılığa əl atırlar”, - deyə idarənin mətbuat katibi Adrian Edvar bildirib.
 
O qeyd edib ki, bu qrup vaxtilə 10 mindən çox müsəlmanın yaşadığı Yalokedə qalan yeganə müsəlman qrupudur.

Google+ WhatsApp ok.ru