Müsəlmanlar ABŞ-ın “Hamtramck”şəhər Şurasında daha çox kürsü sahibi olub

Yerli seçkilərin nəticələri açıqlandıqdan sonra, ABŞ-ın Detroit bölgəsinin Hamtramck Şəhər Şurasının tərkibində müsəlmanlar  daha çox kürsü sahibi olublar. 
Maide.az xəbər verir ki, Hamtramck şəhər sakinləri 4 noyabr seçkilərində bir sıra müsəlman namizədlərə səs verməklə, Şəhər Şurasının yeni tərkibinin bundan sonra müsəlman çoxluğu ilə fəaliyyətini davam etdirməsini təmin ediblər.
Bildirilir ki, ABŞ-da bu ilk belə haldır ki, müsəlmanlar bir Şəhər Şurasında yerləri böyük əksəriyyətlə əldə edirlər. Hal-hazırda müsəlmanlar Hamtramck Şəhər Şurasında ümumilikdə 6 yerdən 4-nə sahibdirlər.
Qeyd edək ki, bu şəhərdə nisbi üstünlüklə böyük əksəriyyət Yəməndən, Banqladeşdən, Bosniya və Herzeqovinadan bura mühacirət etmiş müsəlmanlara aiddir.
Hamtramck Şəhər Şurasının 4 müsəlman üzvünün adları aşağıdakı kimidir: Səd əl-Məsmari, Əbu Musa, Ənam Miyah və Mohəmməd Həsən. Yəmən əsilli amerikalı olan birinci nəfərdən başqa, digərləri Banqladeş vətəndaşlarıdır.
Əl- Məsmari «WDIV» və «WXYZ» telekanalları ilə müsahibədə deyib: Müsəlman deputatlar Şəhər Şurasında bütün vətəndaşların təmsilçisi olacaqlar. /
 

Google+ WhatsApp ok.ru