Müsəlmanlar Kanadanın yerli əhalisinə kömək məqsədilə iftar süfrəsi təşkil ediblər

Müsəlmanlar Kanadanın yerli əhalisinə kömək məqsədilə iftar süfrəsi təşkil ediblər

Kanadanın Manitobu ştatında müsəlmanlar xeyriyyə iftarı təşkil ediblər. 

Maide.Az xarici mediaya istinadən bildirir ki, iftar üçün nəzərdə tutulan bütün ərzaqlar Kanadanın yerli qadın təşkilatına göndəriləcək.
 
Eyni zamanda, "Vinnipeqa" məscidinin qonaqları iftar süfrəsinin müxtəlif dadlı təamlarını dadmaqla yanaşı, müqəddəs Quran tilavətinə qulaq asmaq həzzinə nail olacaqlar.
 
Tədbirə giriş 20 dollar idi. Tədbirdən əldə olunan bütün vəsait xeyriyyəçiliyə yönəldiləcəkdir.
 
Qeyd edək ki, Manitobuda fəaliyyət göstərən müsəlman icması təkcə son üç il ərzində 30-dan artıq irimiqyaslı xeyriyyə tədbirləri keçirmişdir. /

Google+ WhatsApp ok.ru