Müsəlmanlardan yəhudilərin qəbirstanlıq iftirasına unikal cavab

Müsəlmanlardan yəhudilərin qəbirstanlıq iftirasına unikal cavab

Bir neçə gündür dünya mediasını işğal edən yəhudi qəbirstanlığı mövzusu elə amerikalı müsəlmanlar tərəfindən çözülüb.
 
İslaminSesi BBC-ə istinadən bildirir ki, bir neçə gün bundan ABŞ-ın Missuri ştatında yəhudilərin qəbirstanlığı dağıdılmışdı. Hələ də polis tərəfindən axtarılan vandallar tapılmasa da, mediada bunu  müsəlmanların etdiyi dilə gətirilirdi. 
 
Elə bu məsələyə cavab olaraq iki müsəlman fəal Linda Sarsur və Tarik əl Məsidi kampaniyaya başlayıb. Sarsur Amerikada İsrailin Fələstinə qarşı yeritdiyi siyasətə görə sərgilədiyi mövqeyi ilə  məşhurdur. Tarik əl Məsidi isə "Mərhəmətin qələbəsi" adlı təşkilatın başçısıdır. Bu təşkilat İslamın və Məhəmməd peyğəmbərin(s) təbliğatı ilə məşğuldur. 
 
Hər iki şəxsin başladığı kampaniya ilə yəhudilərin dağıdılmış qəbirstanlıqların bərpası üçün pul toplanmağa başlayıb. Artıq yığılan məbləğ 90 mini keçib.
 
Bu addımın ABŞ-da antisemitizmlə günahlandırılan müsəlmanlar tərəfindən atılması  müsəlmanları hədəfə alanları susdurub. Qeyd edək ki,  Amerika müsəlmanlarının yəhudi icma mərkəzlərini dəstəkləməsi respublikaçı siyasətçi Rick Santorum-un çərşənbə axşamı günü səsləndirdiyi ittihamlara ziddir.
«Faktlara baxsanız, görərsiniz ki, görməkdə olduğumuz bu antisemitizmin çox hissəsinə görə Fələstini dəstəkləyən, yaxud da müsəlman icmalar məsuliyyət daşıyır», – deyə o, CNN telekanalına bildirib. Ancaq o, öz iddiasını əsaslandıracaq heç bir detal, yaxud örnək səsləndirməyib. /

Google+ WhatsApp ok.ru