Müsəlman alimlərin elmi irsi Londonda hərraca çıxarılır

Müsəlman alimlərin elmi irsi Londonda hərraca çıxarılır

İngiltərə paytaxtı Londonda yerləşən "Satbiz Auction House" sabah dünyanın üç böyük qitəsindən olan müsəlman alimlərin elmi irsi və müxtəlif incəsənət əsərlərini hərraca çıxarılacaq. 
 
Maide.Az xəbər verir ki, hərraca çıxarılan elmi əsərlər arasında məşhur şərqli müsəlman alim Əbu Əli Sinanın tibb elmində yazdığı "QANUN" kitabının da qədim əlyazma nüsxəsi olacaq.
 
Dünyanın 40 ölkəsində 90 nümayəndəliyi olan "Satbiz Auction House" (auksion evi) hərrac mərkəzində hərraca çıxarılacaq əsərlər 16 və 17-ci əsrlərə aid əsərlərdir. Hərraca çıxarılan əsərlərin bəzisi 1000 ildən çox tarixi olan İslami əlyazma nüsxələrdir.
 
Bu əsərlərin arasında  həkim və filosof Əbu Əli ibn Sinanın "Qanun", 4-cü hicri-qəməri əsrinin həkim və psixoloqu Əli İbn Abbas Məcusi Əhvazinin "Kamulus-Sənaətit-Tibbiyyə" və 8-ci hicri-qəməri əsrinin botanikaçı və əczaçısı Ziyauddin Əbu Məhəmməd Abdullah Əhməd ibn Məhəmməd Malikinin (İbn Bitar adı ilə məşhur olub) "Əl-Came li-müfrədatil-ədviyyə vəl-əğziyyə" kitablarının əlyazma nüsxələri də vardır.
 
Hər üç kitab orta əsrlərdə və ondan sonrakı dövürdə İslam tibbinin inkişafı və tibb elminin avropaya qədəm qoymasında və inkişafında əhəmiyyətli rola malik kitablar olub. (iqna)
 

 

Google+ WhatsApp ok.ru