BMT:  Aclıqdan silah kimi  istifadə etmək insanlığa qarşı cinayətdir

BMT: Aclıqdan silah kimi istifadə etmək insanlığa qarşı cinayətdir

BMT-nin Ərzaq məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver aclıqdan silah kimi  istifadə etməyi insanlığa qarşı cinayət adlandırıb. 
 
“Müharibə bölgələrində aclıq və xəstəliyin müharibədən daha çox  ölümə səbəb olur. Ərzaq yardımı və qida istehsalına qəsdən maneə yaratmaq insanlığa qarşı cinayət və  müharibə cinayətidir”. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki,  bu sözləri BMT-də hazırladığı illik hesabata dair keçirdiyi mətbuat konfransında H.Elver deyib.
 
H.Elver bildirib ki, cari ildə dünya ən böyük insani faciə yaşayır. “Yəməndə, Somalidə, Cənubi Sudanda, Nigeriyada və Suriyada 20 milyon insan aclıqla üz-üzədir. Aclıq müharibə silahı olaraq istifadə olunmamalıdır.” 
 
Dünyada hazırda 815 milyon nəfərin qida çatışmamazlığından əziyyət çəkdiyini və bir çox ölkənin  öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayan H.Elverd bu vəziyyəti yaradanların  Beynəlxalq Məhkəmə qarşısına çıxarılmalı olduğunu önə çəkib.
 
Rohingiya müsəlmanlarının başına gətirilən faciədən danışan H.Elver  hazırda  Myanmalı müsəlmanların aclıq durumunun çox ciddi  böhran vəziyyətinə çatdığını və beynəlxalq ictimaiyyət addımlar atmazsa durumun daha da ağırlaşacağını bildirib. 
 
H.Elver Myanma hökumətinə səslənərək  BMT –nin fakt araşdırıcı qrupunun Arakan bölgəsinə  girməsinə icazə verməyə çağırıb.

 

Google+ WhatsApp ok.ru