Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatdı 12 Sentyabr 2014 01:00 Ölkə Müsavat Partiyası Divanının keçmiş üzvü Qubad İbadoğlu partiya başqanlığına namizədliyini rəsmən irəli sürüb Trend-in məlumatına görə, bu barədə Q.İbadoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Bununla da Müsavat Partiyası başqanlığına namizədlərin sayı 3-ə çatıb. Bundan əvvəl Müsavat Divanının üzvü Tural Abbaslı və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının keçmiş rəhbəri Arif Hacılı Müsavat başqanlığına namizədlikləriini irəli sürüb. Qeyd edək ki, Müsavat Partiyası başqanlığına namizədlərin irəli sürülməsi prosesinə və seçki kampaniyasına start verilib. Partiya sentyabrın 27-də VIII qurultayını keçirmək niyyətindədir. / Teqlər : #Müsavat başqanlığına namizədlərin sayı 3ə çatdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ramil Usubov rəisi vəzifəsindən azad edib Sosial Müdafiə Nazirliyinin İsmayıllı şöbəsindən şikayət var