Sosial Müdafiə Nazirliyinin İsmayıllı şöbəsindən şikayət var

1982-ci il təvəllüdlü Qəhrəman Əliyev redaksiyamıza müraciət edərək bildirir ki, yaşadığı İsmayıllı rayonundan ona düşəcək olan sosial yardımı vermirlər. Q.Əliyev bildirir ki, 2006-2008-ci illər ərzində sosial yardım alıb və həmin müddətdə ona çatacaq yardımın 6 ayını əlaqədar qurumdan rüşvət kimi ondan alıblar. Amma onun Baş Prokurorluğa etdiyi şikayətdən sonra təxminən 1200 manat da ona ödənib: “Ailədə 8 nəfərik. Xəstə atam, anam, yoldaşım, 4 uşaq və mən. Yoldaşım məcburi köçkün olduğu üçün adına torpaq sahəsi yoxdur və sadəcə mənim adıma torpaq sahəsi var. Rayon Sosial Müdafiə fondunun rəhbəri Çingiz Əliyev isə heç bir səbəb göstərmədən mənim sənədlərimi sosial yardım üçün qəbul etmir. Xahiş edirəm əlaqədar orqanlar haqqım olan sosial yardımı almağım üçün yardım etsinlər.” 
 

Google+ WhatsApp ok.ru