`Müsavat` birgə mitinq qərarı verib

`Müsavat` birgə mitinq qərarı verib

Müsavat Partiyası sentyabrın 24-nə birgə mitinqinin keçirilməsini xalqın maraqlarının qorunması və ümumxalq etirazının təşkil edilməsi baxımından məqsədəuyğun sayıb.
 
Bu haqda partiyanın mətbuat xidməti xəbər verir.
 
Xəbərdə bildirilir ki, müzakirələr zamanı referenduma çıxarılan təkliflərə etiraz edən ictimai-siyasi təşkilatların birgə aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilib.
 
Divanın toplantısında həmçinin, Müsavat Partiyasının sentyabrın 18-nə təyin edilən mitinqinə hazırlıq məsələləri də müzakirə olunub.
 
Müsavat Partiyasının birgə mitinq keçirmək istəyinə Konstitusiya dəyişikliklərinin əleyhinə olan digər siyasi müttəfiqlərin münasibəti indilikdə bəlli deyil.
 
Müsavat Partiyası Konstitusiyaya dəyişikliklərin əleyhinədir. Partiya dəyişikliklərə etiraz olaraq sentyabrın 18-də mitinq keçirmək qərarı verib.
 
Bakı şəhər İcra Hakimiyyəti, hələlik, Müsavat partiyasının müraciətinə cavab verməyib.
 
Demokratik Qüvvələrin Milli Şurası da bundan bir gün əvvəl-sentyabrın 17-də növbəti aksiyasını keçirmək istəyir. Onların da aksiyasına şəhər rəhbərliyi mövqeyini bildirməyib. Ancaq Milli Şura sentyabrın 11-də Bakıda “monarxiyaya son, talana yox” şüarı ilə aksiya keçirib.
 
Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.(azadlıq)
 

Google+ WhatsApp ok.ru